Lavrov: “ABŞ həmişə Rusiyanı rəqibi olaraq görəcək”
“Seçkilərin nəticəsindən asılı olmayaraq, biz ABŞ üçün düşmən olmasaq da, hər halda rəqib olaraq qalacağıq”.
TodayPress xəbər verir ki, bunu “aif.ru” saytına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, nə qədər vaxt keçsə də iki ölkə arasında gərginlik həmişə olacaq.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Töhfə Səməd
tag: Seçki, ABŞ, Rusiya, Seçki, Prezident, todaypress.az,