Latviyadan Ukraynaya yeni hərbi yardım paketi

Dünya

11.09.2024 16:11

Latviya Ukraynaya zirehli personal daşıyıcılarının daxil olacağı yeni hərbi yardım paketini açıqlayıb. 

TodayPress xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıxal “Telegram”da bildirib.

"Ukraynanı gücləndirən konkret və ardıcıl addımlara görə Latviya hökumətinə və xalqına, xüsusilə, "Ukrayna üçün İHA Koalisiyası" təşəbbüsü və əsgərlərimizə pilotsuz təyyarələrin tədarükünə görə təşəkkür etdim. Görüşümüz zamanı Latviyanın Baş naziri Evika Silinia Kiyevə zirehli personal daşıyıcılarının da daxil olacağı daha bir hərbi dəstək paketini açıqladı” deyə Baş nazir qeyd edib.  

Bundan əlavə, baş nazirlər müdafiə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsini və Ukrayna ordusunun döyüş meydanında gücləndirilməsini müzakirə ediblər. 

Xatırladırıq ki, Latviyanın Baş naziri Evika Silinia senytabrın 11-də  Kiyevə işgüzar səfərə gəlib. 

Günəş Mərd

tag: Ukrayna, Latviya ,Baş Nazir, Evika Silinia, Kiyev, Ordu, todaypress.az,