Latviyadan Ukraynaya hərbi dəstək: 300 PUA

Dünya

05.07.2024 18:25

Latviya dronların daha bir partiyasını Ukraynaya təhvil verəcək. 

TodayPress xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.    

300 pilotsuz təyyarənin ilk partiyası yaxın günlərdə Kiyevə tədarük olunacaq.

Xatırladaq ki, bu il Latviyanın Müdafiə Nazirliyi Beynəlxalq Dron Koalisiyasına 20 milyon avro ayırıb.  

Qeyd edək ki, hazırda Beynəlxalq Dron Koalisiyasına 14 ölkə - Latviya, Ukrayna, Böyük Britaniya, Avstraliya, Almaniya, Danimarka, İtaliya, Kanada, Litva, Hollandiya, Polşa, Böyük Britaniya, Fransa, İsveç və Estoniya daxildir. 

Günəş Mərd

tag: Latviya, Ukrayna, PUA, Müdafiə Nazirliyi, Beynəlxalq, todaypress.az,