Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırladı

Dünya

30.12.2024 10:40

Latviya Ukraynaya təhvil vermək üçün mindən çox dron hazırlayıb. Bunlar müxtəlif növ pilotsuz uçuş aparatı (PUA) olacaqlar.

TodayPress, Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

"Latviyalı PUA istehsalçıları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Müxtəlif növ 1000-dən çox PUA-dan ibarət son partiya hazırlanıb" o vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Onun sözlərinə görə, Latviya 2025-ci ildə koalisiya çərçivəsində PUA-ların alınması üçün əlavə 20 milyon avro ayıracaq.

tag: Latviya,Ukrayna,PUA,Rusiya ,Müdafiə naziri,todaypress.az,