Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırdı
Dünya
10.09.2024 01:19
Latviya Xarici İşlər Nazirliyi (XİN)
ölkənin şərqində keçən həftə aşkar edilmiş Rusiya pilotsuz təyyarəsi ilə
əlaqədar bu ölkənin müvəqqəti işlər vəkilini çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Latviya XİN-in
məlumatında deyilir.
"Rusiyanın müvəqqəti işlər vəkilindən PUA-nın
qanunsuz olaraq Latviyanın hava məkanını pozduğu barədə tam izahat verməsi
xahiş edilib" məlumatda qeyd olunur.
Diplomata Rezekne rayonunda "Şahed" tipli hərbi
təyinatlı pilotsuz uçuş aparatının aşkar edilməsi ilə əlaqədar qəti etiraz
bildirilib.
Latviya hakimiyyəti hadisənin təfərrüatları ilə bağlı
dərin araşdırma aparmağa davam edir. Latviya diplomatik kanallarla
müttəfiqlərini, NATO və Aİ rəhbərliyini məlumatlandırıb.
tag: Latviya, NATO, Şahed, Aİ,PUA,todaypress.az,