Latviya rus dilindən istifadəni qadağan etdi

Dünya

20.09.2024 13:30

2131

Latviya Seymi yekun oxunuşda ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib. 

TodayPress xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Bildirilib ki, indi ölkənin kredit təşkilatlarının təqdim etdiyi bankomatlarda latış dili quraşdırılmalıdır. Həmçinin cihazlarda Avropa İttifaqı ilə yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri quraşdırıla bilər. Bildirilir ki, düzəlişlərin məqsədi bütün Latviya ərazisində sakinlər üçün nağd pulun olmasını təmin etməkdir.

Töhfə Səməd

tag: Latviya, Seymi, Avropa ,Rus Dili ,Cihazlar ,todaypress.az,