Latviya, Litva və Estoniya prezidentləri Gürcüstana səfər edə bilərlər
Dünya
07.12.2024 00:23
Litva, Latviya və Estoniya
prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviç və Alar Karis dekabrda
Gürcüstana birgə səfərin mümkünlüyünü müzakirə ediblər.
TodayPress xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb .
Bildirilib ki, liderlər hələlik konkret qərar qəbul etməsələr də, Polşa prezidenti Andjey Dudanın də səfər proqramında iştirakını müzakirə ediblər.
"Bəli, biz dekabrda Gürcüstana səfər etmək imkanını da müzakirə etdik, bu imkan açıqdır və biz bunu Polşa Prezidenti ilə müzakirə edəcəyik" Gitanas Nauseda bildirib.
Nausedanın sözlərinə görə, Baltikyanı
ölkələrin liderləri Tbilisidəki iğtişaşları və Gürcüstanın Avropa istiqamətini
dəyişməsini müzakirə ediblər.
tag: Polşa, Rusiya, Gürcüstan, Aksiya, Baltik,Litva, Avropa, todaypress.az,