Latviya 13 gürcüstanlını “persona non qrata” elan etdi
Dünya
03.12.2024 18:20
Latviyada 13 Gürcüstan vətəndaşı “persona non qrata” (arzuolunmaz şəxs) elan edilib.
TodayPress xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"2024-cü il dekabrın 2-də xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil edilməsi barədə qərar qəbul edib" deyə XİN-in bəyanatında qeyd olunub.
“Persona non qrata” elan edilən Gürcüstan vətəndaşlarının adları nazirlik tərəfindən açıqlanmayıb.
Qeyd edək ki, Litva, Latviya və Estoniya Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Baltikyanı ölkələrin nümayəndələri bu qərarı Avropaya inteqrasiyanın dayandırılması və Respublikada keçirilən etiraz aksiyaları ilə izah ediblər.
Töhfə Səməd
tag: Latviya, Gürcüstan, Persona Non Qrata, Baltikyanı, Avropa, todaypress.az,