La-Manş boğazında 85 nəfər saxlanıldı

Dünya

05.12.2024 09:41

Fransanın Sahil Xidmətləri La-Manş boğazını qanunsuz keçməyə cəhd edərkən qumda batmış 85 nəfəri xilas edib. 

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" yazıb. 

Pas-de-Kale bölgəsində miqrantları daşıyan iki qayıq qəza törədib. Gəmilərin birində 80, digərində isə daha beş nəfər olub. 

Onlar qəzadan sonra polisin müşayiəti ilə Bulon-sur-Mer şəhərinə aparılıb. Orada miqrantlara təcili yardım göstərilib. 

Qeyd edək ki, 2024-cü ildə on minlərlə qeyri-qanuni miqrant boğazı keçə bilib, uğursuz cəhdlər nəticəsində onlarla qəza baş verib.

Günəş Mərd

tag: Fransa, Sahil, La-Manş, Şəhər,todaypress.az,