KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır
Dünya
09.11.2024 11:35
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargah Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju
şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi
Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin
pozulmasına səbəb olduğu vurğulanıb.
Koreya Respublikasının hərbçiləri
KXDR-i GPS siqnalının bloklamağı dərhal dayandırmağa çağıraraq, hər hansı nəticələrə
görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. KXDR Cənubi
Koreya tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.
tag: KXDR,GPS ,Cənubi Koreya,Pxenyan, todaypress.az,