KXDR-ə qarşı cavab təlimləri keçirildi
Dünya
03.11.2024 11:30
Cənubi Koreya, ABŞ və Yaponiya strateji bombardmançı “B-1B”nin iştirakı ilə birgə hərbi təlimlər keçiriblər.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
KXDR-in qitələrarası ballistik raket buraxmasına cavab olan manevrlər Koreya yarımadasının cənubunda keçirilib.
Təlimlər zamanı Cənubi Koreya, ABŞ və Yaponiyadan olan döyüş təyyarələrini Amerikanın “B-1B” strateji bombardmançıları müşayiət edib.
“B-1B”nin gücünü nümayiş etdirmək üçün hədəfə zərbələr də tətbiq edilib.
tag: Koreya,ABŞ,Yaponiya,Təlim,Şimali Koreya,Todaypress.az,