Kurskun logistika arteriyası məhv edildi
Dünya
17.08.2024 10:14
Ukrayna hərbçiləri Kursk vilayətinin Xluşkovo kəndi yaxınlığında Seym çayı üzərindəki strateji əhəmiyyətli körpünü dağıdıblar.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Nəticədə Qluşkov rayonunun bir hissəsi - Tyotkino, Popovo-Lejaçi, Volfino kəndləri və 27-yə yaxın başqa yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri körpünün dağıdılma anının videosunu yayımlayıblar .
Qeyd olunur ki, bu, bölgədəki ən mühüm logistika arteriyasıdır.
Günəş Mərd
tag: Ukrayna, Kursk, Hərbi Hava Qüvvələri,Popovo-Lejaçi,Volfino, todaypress.az,