Kurskda Ukrayna əsgərləri mühasirəyə alındı
Dünya
16.08.2024 11:55
“Ukrayna NATO-dan Kursk bölgəsinə hücum edib, işğal etmək üçün icazə alıb”.
TodayPress xəbər verir ki, bunu britaniyalı siyasətçi və İrs Partiyasının lideri Devid Kurten deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionuna müdaxiləsi Şimali Atlantika Alyansı tərəfindən bəyənilib və dəstəklənib.
Kurten hesab edir ki, Kiyevin planı iflasa uğrayacaq, çünki hazırda əməliyyatda iştirak edən Ukrayna əsgərləri mühasirəyə alınıb və Rusiya tərəfi əraziləri uğurla təmizləyir.
Bundan əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov isə bildirib ki, Kursk əməliyyatının həyata keçirilməsinə görə Ukrayna tərəfi çoxlu sayda xarici muzdlu cəlb edib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, Kursk,Rusiya Federasiyası Silahlı Qüvvələri,Aptı Alaudinov, todaypress.az,