Kurskda spirtli içkilərin satışı qadağan edildi
Dünya
21.08.2024 00:26
Kursk
vilayətinin Kurçatovski rayonunda spirtli içkilərin satışına qadağa qoyulub.
TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün “Telegram” kanalında məlumat verib.
“Əməliyyat qərargahı saat 17:00-dan etibarən Kurçatovski rayonu və Kurçatov şəhəri ərazisində spirtli içkilərin satışının qadağan edilməsi barədə qərar qəbul edib. Avqustun 21-dən pərakəndə satışa məhdudiyyət tətbiq olunacaq” rayon rəhbəri deyə vurğulayıb.
O, xatırladıb ki, bundan əvvəl Lqov şəhərində və Kursk vilayətinin bir sıra
rayonlarında spirtli içkilərin satışına qadağa qoyulub. Bu qadağa bölgədə antiterror əməliyyatı rejiminin
fəaliyyəti ilə əlaqədar asayişi təmin etmək üçün tətbiq edilib.
Aytac
Müşfiq
tag: Kursk, Rusiya, Ukrayna, Lqov, todaypress.az,