Kurskda genişmiqyaslı əks-hücuma başlanıldı

Dünya

11.09.2024 01:16

Rusiya hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar.

TodayPress xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki,  artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur edilib.

"Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdıraraq əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir" məlumatda deyilir.

tag: Rusiya, Ukrayna, Kursk,Qordeyevka,todaypress.az,