Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasətidir
Dünya
08.08.2024 14:20
Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasəti ilə bağlıdır.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "X" hesabında bildirib.
"Hər hansı eskalasiya, atəş, hərbi əməliyyatlar, məcburi evakuasiya və normal həyatın məhv edilməsinin əsas səbəbi, həmçinin bunun Rusiya Federasiyasının öz ərazilərində - Kursk və Belqorod bölgələrində baş verməsi yalnız Rusiyanın birmənalı təcavüzüdür. Bu xarici əraziləri ələ keçirmək cəhdlərini, suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən beynəlxalq hüquq normalarına məhəl qoymamağı ehtiva edir. “Rusiyanın özünü məhv etməsi” konsepsiyasının arxasında duran memar hamıya məlumdur – bu Putinin özüdür” deyə Podolyak bildirib.
tag: Kursk, Rusiya, Ukrayna, Mixail Podolyak, Prezident, todaypress.az,