Kurskda Amerika silahlarından istifadə edilib?

Dünya

17.08.2024 18:24

2286

Birləşmiş Ştatlar Rusiya ilə birbaşa münaqişədən ehtiyat etdiyi üçün Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin amerika silahlarından istifadəsini məhdudlaşdırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb. 

“Əgər Ukrayna Amerikanın silah və texnikasından istifadə etməklə Rusiya kəndlərini və digər qeyri-hərbi hədəfləri nəzarətə götürməyə başlasa, bu, Rusiya və NATO arasında birbaşa münaqişənin başlanmasına səbəb olacaq” deyə məlumatda qeyd olunub. 

Eyni zamanda, ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevi açıq şəkildə dəstəkləməyə davam edəcək.  

Qeyd edək ki, bundan əvvəl Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun hazırlanmasında iştirak etdiyi iddia olunmuşdu. 

Günəş Mərd

tag: NATO, Ukrayna, Rusiya, Şimali Atlantika, Co Bayden, todaypress.az,