Kurskda amansız döyüşlər: Ukrayna “HIMARS”ları, Rusiya “Su-34”ləri işə saldı

Dünya

09.08.2024 16:55

Kursk vilayətində Rılsk yaxınlığında rus hərbçilərinin koloniyası məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Unian.net” xəbər saytı məlumat yayıb. 

Bildirilib ki, piyadaları daşıyan 10-dan çox hərbi yük maşını məhv edilib. Nəticədə 5 minə yaxın əsgər həlak olub. Bundan başqa, Rusiya ordusuna məxsus hərbi maşın karvanının atəşə tutulması nəticəsində 26 hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb. Ukrayna bu zərbələri endirən zaman HIMARS raketlərindən istifadə edib. Nəticədə bir batalyon tamamilə sıradan çıxarılıb.

Rusiya tərəfinin yaydığı məlumatlara əsasən, “Su-34” ekipajı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına aviabombalarla hücum edib. Bundan sonra hədəfin müvəffəqiyyətlə vurulduğu bildirilib. Hələ ki, ölən və yaralananlarla bağlı məlumat verilməyib. 

Töhfə Səməd

tag: Kursk, Ukrayna, Rusiya, Rılsk ,Su-34, todaypress.az,