Kurskda 43 minə yaxın hərbi qulluqçu itkin düşdü

Dünya

21.12.2024 16:10

“Döyüşlərin başlayandan bu yana Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 42.750-dək hərbi qulluqçusunu itirib”. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 42 750-dək hərbi qulluqçu, 249 tank, 189 piyada döyüş maşını, 130 zirehli transportyor, 1305 zirehli döyüş maşını, 1166 texnika, 323 ədəd artilleriya qurğusu, 11 “HIMARS” və 6 “MLRS2, o cümlədən ABŞ istehsalı olan 13 raket sistemlərini buraxın zenit-raket komplekslərinin buraxılış qurğuları, 7 nəqliyyat-yükləmə maşını, 78 elektron döyüş stansiyası, 13 əks-akkumulyator radarı, 4 hava hücumundan müdafiə radarı və digər bir sıra qurğularını itirib” deyə məlumatda bildirilib.

Töhfə Səməd

tag: Texnika, Kursk, Ukrayna, Hərbi qulluqçu ,İtkin, todaypress.az,