Kursk vilayətinin bəzi sakinləri Ukraynadan Rusiyaya qaytarıldı
Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu teleqram kanalında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.
Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən aparılıb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil də var.
tag: Kursk,Ukrayna,Rusiya,Moskva,todaypress.az,