Kursk vilayətinin bərpası üçün 7 milyard dollar lazımdır

Dünya

12.11.2024 10:03

Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Ukrayna ilə sərhədyanı regionun bərpası üçün 700 milyard rubl (7 milyard ABŞ dolları) lazım olduğunu bildirib.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu qubernator operativ müşavirədə açıqlayıb.Aleksey

“Döyüş əməliyyatlarının getdiyi və ya artilleriya, dronların intensiv işlədiyi yerlərdə bizə 118 milyard lazımdır. İlk günlərdən hesablayırıq, Kursk vilayətinin bərpası üçün ümumi xərclər 700 milyarddan çoxdur” Smirnov bildirib və qeyd edib ki, qiymətləndirmə müəssisələrə, aqrar-sənaye kompleksinə, sosial müəssisələrə, kommunal infrastruktura və digər obyektlərə dəymiş ziyanı nəzərə alır.

Xatırladaq ki, avqustun əvvəlindən Rusiyanın Kursk vilayətinin bir hissəsi, o cümlədən Sudja şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

tag: Rusiya, Kursk, Sudja,Aleksey Smirnov, Ukrayna, todaypress.az,