Kursk vilayətini daha 122 mindən çox insan tərk etdi

Dünya

20.08.2024 22:19

Rusiyanın Kursk vilayətinin sərhəd rayonlarını 122 mindən çox insan tərk edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Artem Şarov operativ qərargahın mətbuat brifinqində məlumat verib.

Məlumata görə, təxliyə tədbirləri başlayandan indiyədək 122 mindən çox insan doqquz sərhəd bölgəsinin ərazisindən başqa yerlərdə yerləşdirilib. Bir gündə 500-ə yaxın insan təhlükəli ərazilərdən təxliyə edilib.

Aytac Müşfiq

tag: Kursk, Rusiya, Ukrayna, Təxliyə, todaypress.az,