Kursk vilayətindən 3 mindən çox insan təxliyə edildi

Dünya

24.08.2024 16:15

Kursk vilayətinin sərhədyanı rayonlarından sutka ərzində 3 minə yaxın insan təxliyə edilib.

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Artem Şarov məlumat verib.

O, bildirib ki, sakinlər təhlükəli ərazini özbaşına, eləcə də mütəşəkkil kolonlar şəklində tərk ediblər. Rusiyanın bir sıra regionlarında on mindən çox insan müvəqqəti yaşayış mərkəzlərində qalır. Onlardan üç mini uşaqlardır.

Qeyd edək ki, ümumilikdə 200-ə yaxın məntəqə fəaliyyət göstərir. Onlar gələnlərə tibbi və psixoloji yardım edirlər.

 

Töhfə Səməd

tag: Kursk,Təxliyə,Rusiya,Ukrayna,Müharibə,İnsanlar,todaypress.az,