Kursk vilayətində Ukraynanın itkiləri 50 min hərbçini ötdü
Dünya
08.01.2025 15:50
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində gedən döyüşlər zamanı 50 mindən çox hərbi qulluqçusunu itirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 50 120-dən çox hərbi qulluqçu, 294 tank, 217 piyada döyüş maşını, 160 zirehli transportyor, 1515 zirehli döyüş maşını, 1430 texnika, 347 ədəd artilleriya qurğusu və digər sursatlar sıradan çıxarılıb” deyə bildirilib.
Töhfə Səməd
tag: Rusiya ,Ukraniya, Kursk, İtki ,todaypress.az,