Kursk vilayətində məktəblər distant təhsilə keçirildi
Dünya
22.08.2024 21:42
Kursk vilayətində məktəblər distant təhsil
formatına keçəcək.
TodayPress xəbər verir ki, bu barədə Rusiya
regionunun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov özünün "Telegram" kanalında məlumat verib.
"Söhbət Belovski, Bolşesoldatski, Qluşkovski,
Korenevski, Lqovski, Rılski , Sudjanski, Xomutovski rayonlarından gedir" rəsmisi
bildirib.
Onun sözlərinə görə, Dmitrovski, Konışevski, Kurçatovski, Medvenski, Oboyanski, Oktyabrski və Kurski rayonlarında distant format təşkil olunacaq.
İbrahim Əzizli
tag: Kursk, Ukrayna, Rusiya, Distant Təhsil,todaypress.az,