Kursk vilayətində iki pilotsuz təyyarə məhv edildi
Dünya
11.11.2024 23:54
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti
ərazisində iki pilotsuz uçuş aparatı məhv edib.
TodayPress xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında
məlumat yayıb.
“Moskva vaxtı ilə saat 20:00 radələrində Kiyevin təyyarə
tipli pilotsuz uçuş aparatı vasitəsilə terror aktı törətmək cəhdinin qarşısı
alınıb” departament qeyd edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus
pilotsuz uçan aparat Kurskda uşaq bağçasının yaxınlığında yerə düşüb. 30
kiloqram partlayıcı ilə yüklənmiş pilotsuz uçan aparatı uşaqları qruplara gətirən
valideynlər aşkar ediblər.
Aynur TAC
tag: Kursk, Ukrayna, Rusiya, Moskva, PUA, todaypress.az,