Kursk vilayətində gedən döyüşlərin yeni təfərrüatları üzə çıxdı
Rusiya qoşunları 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 12 briqadasını vurub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Döyüşlər Malaya Loknya, Nikolaevo-Daryino, Novaya Soroçina, Çerkassı Poreçnoye, Viktorovka, Quevo, Kurilovka, Lebedevka, Maxnovka, Nikolski və Sverdlikovo yaşayış məntəqələri ərazilərində aparılıb.
Gün ərzində Rusiya hərbçiləri də Ukrayna qoşunlarının iki əks-hücumunu dəf edə bilib.
Bundan əlavə, müdafiə idarəsi qeyd edib ki, gün ərzində Ukrayna 220-dən çox hərbi qulluqçusu, 2 tankı və 5 zirehli texnikasını itirib.
Töhfə Səməd
tag: Kursk ,Ukranya ,Rusiya, Döyüş, todaypress.az,