Kursk vilayətində 200-dən çox mülki şəxsin həlak olduğu açıqlandı
2024-cü ilin avqustundan Kursk vilayətində 190-dan çox dinc sakin həlak olub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin bəyanatında bildirilib.
"2024-cü ilin avqustunda Ukraynanın Rusiya Federasiyası ərazisinə qanunsuz müdaxiləsindən sonra Kursk vilayətində 191 dinc sakin həlak olub, 17-si azyaşlı olmaqla 372 nəfər yaralanıb. Mülki infrastruktur obyektləri dağıdılıb" bəyanatında vurğulanıb.
Məlumata görə, 49 mindən çox insan döyüşlərdən mənfi təsirlənib.
Komitənin məlumatına görə, Kursk vilayətinin 15 yaşayış məntəqəsində yüzlərlə obyekt mütəxəssislər tərəfindən yoxlanılıb və İstintaq Komitəsinin məhkəmə ekspertiza mərkəzində zəruri məhkəmə-tibbi ekspertizaları aparılıb.
Aynur TAC
tag: Ukrayna, Ruisya, Kursk, İstintaq, Ölüm, todaypress.az,