Kursk sakinlərinin Ukraynaya təxliyəsi üçün dəhliz yaradıla bilər
Kursk sakini olan mülki vətəndaşların Ukraynanın Sumı vilayətinə təxliyəsi üçün humanitar dəhlizin yaradılması nəzərdən keçirilir.
TodayPress-in xəbərinə görə, bunu Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunan ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk deyib.
O, bildirib ki, Rusiya tərəfi müraciət etdiyi təqdirdə bu qəbildən olan şəxslərin bu ölkəyə göndərilməsi də gündəmdədir.
Ukrayna hökumətinin nümayəndəsi əlavə edib ki, hələlik rəsmi Moskva bununla bağlı sorğu göndərməyib.
tag: Kursk, Rusiya, Ukrayna, Moskva, İrina Vereşuk , todaypress.az,