Kursk qurbanları üçün yardım toplandı

Dünya

23.10.2024 11:23

1590

Rusiya Qızıl Xaç Cəmiyyəti (RQXC) avqustun 7-dən etibarən Kursk vilayətində 95 mindən çox müharibə qurbanına yardım etdiyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. 

Yardım üçün 338,7 milyon rubldan çox vəsait toplanıb. Bu məbləğdən RQXC-nin regional bölməsi 60,03 milyon rubl, mərkəzi aparatı isə 278,7 milyon rubl toplayıb.

RQXC-dən bölgəyə yardımın göstərilməsi üçün 85 nəfər cəlb olunub. Təşkilatın könüllüləri və işçiləri müvəqqəti yaşayış mərkəzlərinə baş çəkir və onların yenidən təchiz edilməsi zərurəti haqqında məlumat toplayırlar. O cümlədən, 700 ədəd məişət texnikası artıq alınıb və 34 müvəqqəti saxlama məntəqəsinə çatdırılıb .

Töhfə Səməd

tag: Kursk, Rusiya, Yardım, Qurbanlar, İnsanlar, todaypress.az,