Kursk istiqamətində şiddətli döyüşlər davam edir
Dünya
09.08.2024 13:45
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində
Ukrayna ordusu ilə döyüşlərin davam etdiyini açıqlayıb.
TodayPress, “TASS”a
istinadən xəbər verir ki, açıqlamada sutka ərzində “Şimal” qruplaşmasının
Ukrayna qüvvələrinin ölkənin dərinliklərinə doğru irəliləməsinin qarşısını
aldığı bildirilib.
Məlumatda deyilir ki, nəticədə Ukrayna tərəfinin
itkiləri 280 nəfər canlı qüvvə və 27 ədəd hərbi texnika təşkil edib.
Ümumilikdə, Kursk istiqamətindəki döyüşlər zamanı Ukrayna ordusunun 945 hərbçisi öldürülüb, 102 zirehli texnikası zərərsizləşdirilib.
Nərmin Tuncay
tag: Ukrayna, Rusiya, Kursk, Müharibə, todaypress.az,