“Kursk əməliyyatı müharibənin gedişatını dəyişəcək”
Dünya
19.08.2024 10:34
“Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə bilər”.
TodayPress “Unian.net”ə istinadən xəbər verir ki, bunu amerikalı demokrat senator Mark Kelli deyib.
O, bildirib ki, 130 min rusiyalı evlərini tərk etmək məcburiyyətində qalıb və ukraynalılar bu münaqişənin gedişatını həqiqətən dəyişə biləcək gözlənilməz bir iş görüblər.
Kelli ABŞ silahlarının Rusiya ərazisində istifadə edilməsinin əleyhinə olmadığını deyib.
“Vladimir Putin Ukraynaya qanunsuz hücum edib. Bu işğaldır, gəlin bunu belə xarakterizə edək. Hələlik mən düşünmürəm ki, ukraynalılar Rusiya ərazisini qəsdən uzun müddət saxlamaq istəyirlər. Lakin bu, Putini həqiqətən şoka salıb” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Kursk, Rusiya, ABŞ,Ukrayna, Putin, todaypress.az,