Kursk əməliyyatı Kiyevi zəiflətdi
Dünya
03.10.2024 16:44
“Ukrayna silahlı qüvvələri Kursk bölgəsində hərbi əməliyyatlar aparmaq üçün ən yaxşı tank birləşmələrini göndərərək riskli əməliyyat keçirib. Bunun nəticəsində Kiyevin nəzarətində olan ərazilərdə əsas mövqelər itirilib”.
TodayPress xəbər verir ki, bu barədə “Forbes” jurnalında məqalə yazılıb.
Nəşr qeyd edib ki, yaxşı təchiz olunmuş bölmələrini sərhədyanı hücuma göndərməklə, Ukrayna komandanlığı bir neçə əsas kənd və qəsəbəsini itirib.
“Ukrayna bu əməliyyat üçün ən yaxşı döyüş maşınlarından, o cümlədən İsveçin “CV90” piyada döyüş maşınlarından və “Strv 122” və ya “Alman Leopard 2A6” tanklarından istifadə edib. Kursk vilayətində Ukrayna komandanlığının ən son “Strv 122” və “Leopard 2A6” tanklarını riskə atmağa hazır olması onların bu hərbi əməliyyata verdiyi əhəmiyyətdən xəbər verir. Əməliyyat Ukraynanın həssas şəhərlərinə isə baha başa gəlir. Lakin hələlik Rusiya ərazisinin kiçik bir hissəsini ələ keçirməyə və bəlkə də saxlamağa çalışmaq onlar üçün çıxış yolu kimi görünür” deyə məqalədə bildirilib.
Günəş Mərd
tag: Ukrayna ,Kursk ,CV90 ,Tank ,Alman Leopard ,Rusiya ,todaypress.az,