Kürdəmirdə ağır qəza: Ölən və xəsarət alan var

Dünya

28.12.2024 07:39

Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.

TodayPress-in xəbərinə görə , "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.

Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

 

tag: Kürdəmir, Qəza, Avtomobil, Ölüm, yaralı, VAZ-2107, todaypress.az,