Kuleba: “Ukrayna Aİ yolunda daha bir addım atdı”
Dünya
21.08.2024 18:35
“Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Avropa İttifaqına üzv olmaq yolunda daha bir mühüm addım atıb”.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “X” sosial şəbəkəsində yazıb.
"Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin 125-ci üzvü oldu. Bu, çətinliklərlə, miflərlə və qorxularla dolu uzun bir yol idi. Bu gün biz nəhayət, prezidentin rəhbərliyi, çoxsaylı insanların Ukrayna Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının sistemli fəaliyyəti sayəsində nəticə əldə etdik” deyə Kuleba bildirib.
Onun sözlərinə görə, Ukrayna bu addımı atmaqla beynəlxalq ədalətin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.
Xatırladaq ki, Ukrayna 2000-ci il yanvarın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalasa da, ratifikasiya etməyib. Ukrayna Ali Radası Əsasnaməni bu gün ratifikasiya edib.
Günəş Mərd
tag: Ukrayna, Cinayət, Roma, Məhkəmə, Ali Rada, todaypress.az,