Kuleba: “Ərazi güzəştləri Zelenskinin siyasi sonu olacaq”
“Ukrayna prezidenti Volodimir Zelenskinin ərazi güzəştləri ilə sülh sazişi imzalaması onun üçün siyasi son olacaq”.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Politico” nəşrinə bildirib.
“Ruslar Donbası, Krımı əllərində saxlayırlar. Ukrayna isə hələ də NATO-ya üzv olmayıb. Zelenski bu halda sülh sazişi imzalaya bilərmi? Konstitusiyaya görə bunu edə bilməz. Çünki bu, Zelenskinin siyasi sonu olacaq” deyə o, qeyd edib.
Günəş Mərd
tag: Ukrayna, Prezident,Zelenski, XİN, Kuleba, Sülh, todaypress.az,