Kuban sahillərindən 70 min ton çirklənmiş torpaq toplandı

Dünya

31.12.2024 14:35

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və könüllülər Krasnodar diyarının sahillərindən neft məhsulları ilə çirklənmiş 70 min tona yaxın torpaq toplayıblar. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya FHN məlumat verib.

“İş başlayandan Rusiya FHN-in əməkdaşları, Krasnodar diyarının bələdiyyələrinin nümayəndələri və könüllülər çimərlik ərazisindən təxminən 70 min tona yaxın çirklənmiş qum və torpaq yığıb çıxarıblar” nazirlik bildirir.

Fövqəladə Hallar Nazirliyi diqqətə çatdırıb ki, sahil zolağında aparılan monitorinqlər zamanı Vısoki Bereq çimərliyi ərazisində çınqıllı sahildə mazutun fraqmentlərə bölündüyü yeni ərazilər aşkar edilib. 

Hazırda ümumi uzunluğu 63 km olan sahədə mazutla çirklənmiş qruntun yığılması və kənarlaşdırılması işləri aparılır.

Son 24 saat ərzində Krımda yeni neft məhsulları aşkar edilməyib. 

Töhfə Səməd

tag: Rusiya,FHN,Neft,Qalıq,Krasnodar ,Sahil,Çimərlik,todaypress.az,