Kuba işıqsız qaldı

Dünya

19.10.2024 12:50

808

Kubanın Energetika və Mədən Sənayesi Nazirliyi Matanzasda yerli istilik elektrik stansiyasının (CHP) sıradan çıxması səbəbindən ölkənin elektrik enerjisiz qaldığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə adı çəkilən ölkənin hakimiyyət orqanları məlumat yayıb. 

Bildirilib ki, bütün ölkə ərazisi işıqsız qaldığına görə, təhsil müəssisələri oktyabrın 20-dək bağlanıb. Adada əyləncə və tədbirlər də təxirə salınıb. 

Oktyabrın 17-də Kubanın Baş naziri Manuel Marrero izah edib ki, ölkədə son bir neçə həftə ərzində elektrik enerjisinin kəsilməsi infrastrukturun pisləşməsi, yanacaq çatışmazlığı və artan tələbatla bağlıdır. 

Rəsmilər bildiriblər ki, “Milton” qasırğasının yaratdığı güclü küləklər Kubanın lazım olan yanacaqları dənizdəki gəmilərdən elektrik stansiyalarına daşımaq qabiliyyətini iflic edib. Nəticədə 10 milyon insan işıqsız qalıb. 

Xatırladaq ki, Kubada eyni belə hadisə 2022-ci ildə “İan” qasırğası səbəbindən baş vermişdi. Nəticədə bütün ölkə günlərlə işıqsız qalmışdı. 

Töhfə Səməd

tag: Kuba, İşıq, Manuel Marrero, Milton, İan, todaypress.az,