KTMT yoxsa, NATO? – Ermənilər cavab verdi

Dünya

10.07.2024 15:43

1475

İyulun 3-6-da Ermənistanda siyasi problemlərlə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb. 

TodayPress, “Hraparak”a istinadən xəbər verir ki, sorğuda 1100 nəfər iştirak edib.  

“Sizcə, Ermənistan KTMT-də qalmağa davam etməlidir, yoxsa NATO-ya daxil olmağa çalışmalıdır?” sualını cavablandıran respondentlərin 44,3 faizinin fikrincə, Ermənistan heç bir təşkilata üzv olmalı deyil. Sorğu iştirakçılarının 16,9 faizi KTMT-də fəaliyyət göstərməyi məqbul hesab edib. 29 faiz respondent isə NATO-ya daxil olmağı məsləhət görüb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin fevral ayında ölkəsinin KTMT-də fəaliyyətini dondurması barədə məlumat vermişdi.

Günəş Mərd

tag: KTMT, NATO, Ermənistan, Nikol Paşinyan,Sorğu, todaypress.az,