KTMT sammitinin bəyannaməsinə Ukrayna və Qərb mövzuları daxil edilmədi

Dünya

28.11.2024 18:32

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin Astanada keçirilən görüşünün yekunları üzrə qəbul edilən bəyannamədə Ukrayna mövzusu heç bir şəkildə öz əksini tapmayıb. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Həmçinin sənədin mətnində ABŞ, Qərb və sanksiyalardan da bəhs edilməyib.

30-dan çox bənddən ibarət bəyannamədə sülhün möhkəmləndirilməsi, Avrasiyada davamlı təhlükəsizlik sisteminin formalaşdırılması, suveren bərabərlik və s. məsələlər üzrə razılaşdırılmış KTMT ölkələrinin öz mövqeləri əksini tapıb. Həmçinin Fələstin-İsrail münaqişəsi, Əfqanıstandakı vəziyyət, terrorizm və narkotiklə mübarizə, İT təhlükəsizliyi, kosmos, bioloji təhdidlər, tarixin saxtalaşdırılmasına qarşı mübarizə mövzuları da yer alıb. 

Töhfə Səməd

tag: ABŞ, KTMT, Qərb, Avrasiya, Fələstin, todaypress.az,