KTMT pislədi, BMT isə cəzalandırmağı tələb etdi
Dünya
24.06.2024 16:49
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan müttəfiqlər Dağıstanda terrorçuların əməllərini kəskin şəkildə pisləyiblər.
TodayPress TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.
“Terrorçuların hərəkətlərini və məzhəblərarası ədavəti qızışdırmaq cəhdlərini qətiyyətlə pisləyirik” deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT Dağıstandakı terror aktına görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib.
Günəş Mərd
tag: KTMT, BMT, Dağıstan, Terrorçu, İmanqali Tasmaqambetov, todaypress.az,