KTMT-nin təlimləri başladı: Ermənistan iştirak etmir
Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Qarşılıqlı fəaliyyət-2024” Çevik Hərəkat Kollektiv Qüvvələri ilə komanda-qərargah təlimləri, “Axtarış-2024” və “Eşelon-2024” xüsusi təlimləri başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlər üç mərhələdə baş tutacaq.
Burada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbçilər, həmçinin KTMT katibliyinin və Birləşmiş Qərargahının nümayəndələri iştirak edirlər.
Təlimlərə KTMT ölkələrinin 1500-dən çox hərbi qulluqçusu, 200-dən çox hərbi texnikası, o cümlədən 10-a yaxın aviasiya texnikası cəlb olunub.
Xatırladaq ki, Ermənistan KTMT üzvü olsa da, bu təlimlərdə iştirakdan imtina edib.
Günəş Mərd
tag: Qırğızıstan, Müdafiə Nazirliyi, Rusiya ,Belarus, Qazaxıstan, todaypress.az,