KTMT Kurskda vəziyyətə nəzarət edir: "Lazım gələrsə...”
Dünya
16.08.2024 15:10
“KTMT eskalasiyanın yeni mərhələsi olan Kursk vilayətində vəziyyəti diqqətlə izləyir”.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın “NEWS.ru” nəşrinin sorğusuna cavab olaraq KTMT-nin mətbuat xidməti bildirib.
“Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz fəaliyyət göstərir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və Təşkilatın Nizamnaməsinə uyğun hərəkət edəcəyik. Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar. Lazım gələrsə, KTMT Katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirəcək. Hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olduğu halda yarana bilər. Lakin bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı belə bir müraciət olmayıb” deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanla birlikdə KTMT-nin üzvüdür.
Günəş Mərd
tag: KTMT, Analitik, Rusiya, Katib,Hərbi Yardım, todaypress.az,