KTMT: İrəvan və Bakı arasında sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir

Dünya

30.01.2025 12:22

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə iş Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdən biridir. 

TodayPress Rusiya mediasına xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib. 

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir ki, bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir" o qeyd edib.

tag: Azərbaycan,Ermənistan,KTMT,Sülh,Todaypress.az,