KTMT iclas keçirəcək – Ermənistan iştirak edəcək?
Dünya
15.06.2024 15:30
İyunun 21-də Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il iyunun 21-də KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Toplantıda Qazaxıstanın KTMT-də sədrliyi dövründə beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Bundan başqa Qazaxıstanın prioritetlərinin yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılacaq” deyə məlumatda qeyd olunub.
İclasın yekununda təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönələn sənədlərin imzalanacağı, siyasi bəyanatların da qəbul ediləcəyi gözlənilir.
Qeyd olunub ki, hazırda Ermənistan tərəfinin görüşdə iştirak edib-etməyəcəyi barədə məlumat yoxdur.
Günəş Mərd
tag: Ermənistan, Qazaxıstan, İclas, KTMT, todaypress.az,