KTMT Baş katibi: “Hazırkı keçid dövrü yeni qlobal müharibə riskləri daşıyır”

Dünya

24.04.2025 18:09

7

“Hazırkı beynəlxalq vəziyyət bəşəriyyəti yeni qlobal müharibə təhlükəsi ilə üz-üzə qoyur”. 

TodayPress xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmagambetov Rusiyanın Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində beynəlxalq elmi-praktik konfransda bəyan edib.

“Hazırkı keçid dövrü yeni qlobal müharibənin baş vermə risklərini özündə daşıyır. Aydındır ki, nüvə silahı faktoru və hərbi eskalasiyanın nisbətən universal mexanizmi mümkün Üçüncü Dünya Müharibəsinə total xarakter verir və bu gün dünyada mövcud olan münaqişə potensialının təhlilini təkcə elm üçün deyil, beynəlxalq siyasi praktika üçün də aktuallaşdırır” deyə Tasmagambetov bildirib. 

Qiymət Mahir

tag: KTMT,Qlobal,Müharibə,Dövr,Todaypress.az,