“Krokus” terror aktının qurbanlarına maddi yardım ayrıldı

Dünya

10.08.2024 11:25

Rusiyada  "Krokus"da baş vermiş terror aktının 300-dən çox qurbanına Müslüm Maqomayev Fondundan maliyyə yardımı ayrılacaq.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Bildirilib ki, hazırda fondun hesabında 140 milyon rubla yaxın vəsait var və bu vəsait sentyabrda müraciət edən vətəndaşlar arasında bölüşdürüləcək.

Qeyd edək ki, Rusiyada "Krokus" terror hadisəsi bu ilin martın 22-də  baş verib.

Aytac Müşfiq

tag: Rusiya, Krokus, Terror, Müslüm Maqomayev, Maddi Yardım, todaypress.az,