Krımda yanğının sahəsi 150 hektara çatdı
Krımda Feodosiya və Orconikidze kəndi
yaxınlığında baş verən yanğının sahəsi 150 hektara çatıb.
TodayPress xəbər verir ki, bu barədə
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə Baş İdarəsi məlumat
yayıb .
“Hazırda yanğın sahəsi 150 hektardır. Söndürmə işlərinə 470 nəfər və 100-dən çox texnika cəlb olunub” idarədən
bildirilib.
Qeyd olunur ki, yanğının söndürülməsi
güclü külək, isti, quraq hava şəraiti ilə çətinləşdirib.
Fövqəladə Hallar Nazirliyinin “Mi-8”
helikopterləri ilə ümumi həcmi 210 ton olan 42 su damcısı həyata keçirilib.
Bundan əvvəl Krımda Feodosiya-Orconikidze avtomobil yolu meşə yanğını səbəbindən müvəqqəti bağlanıb.
Aynur TAC
tag: Rusiya, Krım, Yanğın,Mi-8,todaypress.az,