“Krımda dinc həyat ola bilməz” – Podolyak

Dünya

24.06.2024 18:40

“Krımda dinc həyat olmamalıdır”. 

TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak teleqramda bildirib. 

“Krımda heç bir çimərlik, turizm zonaları və digər dinc həyat əlamətləri yoxdur və ola da bilməz” deyə o əlavə edib.  

Qeyd edək ki, iyunun 23-də Ukrayna Silahlı Qüvvələri Amerikanın 5 “ATACMS” operativ-taktiki raketi ilə Sevastopola hücum edib. Son məlumatlara görə, 153 nəfər yaralanıb, 4 nəfər ölüb.  

Günəş Mərd

tag: Ukrayna, Rusiya, Krım, Dünya, Münaqişə, todaypress.az,