Kremlin cavabı gecikmədi: Almaniyalı jurnalsitlər ölkədən çıxarılır

Dünya

27.11.2024 17:54

"Rusiya "Birinci Kanalın"ın Almaniya bürosunun bağlanmasına cavab olaraq Almaniyanın "ARD" media qrupunun iki jurnalisti ölkədən çıxarılır". 

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Almaniya hakimiyyətinin "Birinci Kanal" müxbirlərinin qalmasına və işləməsinə qadağa qoymasına cavab olaraq, biz Almaniyanın "ARD" media qrupunun Moskva nümayəndəliyindən olan jurnalistlərə qarşı eyni tədbirləri görməyə məcburuq" deyə diplomat qeyd edib. 

Bildirlib ki, müxbirlər Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və onlardan ölkəni tərk etmək tələb olunub. 

Sonda diqqətə çatdırılıb ki, "Birinci Kanal"ın Berlindəki bürosunun fəaliyyətini bərpa etdilərsə, "ARD"nin yeni əməkdaşlarının akkreditasiyadan keçirilməsi imkanları nəzərdən keçiriləcək. 

Töhfə Səməd

tag: Kreml, Zaxarova, Moskva, Almaniya, XİN, todaypress.az,